Hər zaman şəxsi həyatını mətbuatdan gizli saxlmağa çalışan türkiyəli sənətçi Ebru Gündeş ilk dəfə olaraq qızı Alaranın şəklini internet vasitəsilə ictimaiyyətə nümayiş etdirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı hətta həyat yoldaşı Rza Zərrabı da jurnalistlərdən uzaq tutmağa çalışır. Lakin bu dəfə ənənəsini pozan Ebru qızı Alara və həyat yoldaşı Rza Zərrab ilə birgə olan ailə fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri qeyd edib: "Həyatımın iki sevgisi".
Qeyd edək ki, müğənni Ebru Gündeş Alara adlı qızını 2011-ci ildə dünyaya gətirib.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB