Ülvira Qarayeva işdən qovulmasını təkzib etdi YENİLƏNİB

Ülvira Qarayeva işdən qovulmasını təkzib etdi YENİLƏNİB

Deyilənlərə görə, bir neçə ay əvvəl Anspress-ə baş redaktor təyin olunan Ulvira Qarayeva işdən qovulub. İki gün əvvəl ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev iclas keçirib. İclasda işçilərə əsəbiləşən V. Mustafayev Anspress-ə bir neçə ay əvvəl baş redaktor təyin olunan Ulvira Qarayevanı işdən qovub.

ANS-in prezidenti həmçinin televiziya əməkdaşlarını da sərt tənqid edib. Onun aparıcı və bir neçə gün əvvəl jurnalistlərə tikilən binadan mənzil verilən Qənirə Ataşovanın ünvanına sərt ifadələr işlətdiyi bildirilir. ANS rəhbərinin aparıcıya "satqın" dediyi də vurğulanır.

Sözügedən məsələni aydınlaşdırmaq üçün Ü.Qarayeva ilə əlaqə saxlamaq istədik. Dəfələrlə zəng etdikdən sonra xanım Qarayeva SİA-ya açıqlama verərək haqqında yayılan şayiəni təkzib etdi: "Barəmdə gəzən xəbər yanlışdır. İşdən çıxmamışam. Əgər məni işdən qovsaydılar, hazırda iş başında olmazdım".

Bütün xəbərlər Facebook səhifəmizdə