İtkin düşən təşkilatçı ortaya çıxdı

İtkin düşən təşkilatçı ortaya çıxdı

"Akcent" qrupu ilə Aysel Əlizadənin konsertini təşkil edən təşkilatçı Faiq Alinin haqqında gəzən söz-söhbətlər bitmək bilmir. Məsələyə aydınlıq gətirmək üçün təşkilatçı ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən Faiq sözügedən qrupla eyni səhnəni bölüşən Aysel Əlizadənin konsertdən narazı qalması haqqında da söz açıb: " "Akcent" qrupunun iki üzvünün gəlməməsinin səbəbi viza işlərində problem yaranması idi. Əgər dövlət tərəfindən qadağa varsa, burda biz heç nə edə bilmərik. "Akcent" qrupunun əsas rəhbəri və solisti Adrian Sina idi. O da gəlib, ifa etdi. Gəlməyən iki üzv bek vokalçılardır. Məncə, Adrianın gəlməsi yetərlidir. Aysel xanıma gəldikdə isə, mənim onunla heç bir problemim yoxdur. Sadəcə bir az əsəbi olduğu üçün o sözləri deyib. Mənim də viza işində heç bir günahım yoxdur. Səhnədəki atəşfəşanlığı da Aysel xanım özü istədi və tərtib etdi. Hazırda onunla dostluq münasibətindəyik və heç bir problem yoxdur. Sadəcə yalnış anlaşılma olub ki, onu da yoluna qoyduq. Maqazin verilişləri mənim adımı pis qələmə verdilər. Mən konsertdən qaçmamışdım. Başım çox qarışıq olduğundan müsahibə verə bilmədim. Mənim adımdan layiq olmayan sözlər söyləndiyi üçün media nümayəndələri ilə ayrıca məşğul olacağam. Səhnədə yaşanan probemlər də texniki problemlər idi. Onu da qeyd edim ki, Adrian Bakıdan çox məmnun qayıtdı və bu da məni sevindirir".

Bütün xəbərlər Facebook səhifəmizdə