Azərbaycanlı biznesmen Rza Zerrab həyat yoldaşı müğənni Ebru Gündeşə avtomobil hədiyyə edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Rza ifaçı üçün 1 milyon 250 min avro dəyərində olan "Rolls Royce- Ghost" markalı avtomobil sifariş edib. Biznesmen 15 gün ərzində bu avtomobili Ebru Gündeşə bağışlayacaq. Bir-birilərinə verdikləri sözə görə, 60 il ayrılmayacaqlar. Buna görə də R.Zerrab həyat yoldaşına aldığı "Rolls Royce-Ghost" markalı maşına "34 YIL 60" dövlət nişanlı nömrə qoyacaq.
Qeyd edək ki, Rza Zerrab "Rolls Royce-Ghost" markalı avtomobilə ümumilikdə 3 milyon avro pul xərcləyib.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB