2013-cü ilin 7 ayı Türkiyənin bəzi məhşur simaları üçün uğursuz olub. Onları SİA oxucularına təqdim edirik:
Aktyor Oktay Kaynarca və reklamçı Melek Angun cütlüyü tez-tez ailə münaqişəsi baş verdiyi üçün 1 ili tamam olmadan boşanıblar.

Aktrisa Ceyda Düvenci və biznesmen Engin Akgünün isə boşanmasına səbəb aktrisanın həyat yoldaşının maddi vəziyyətinin pis olması göstərilib.

Maniken Ebru Şallı və Harun Tan mətbuat üçün ən gözlənilməz boşanmalardan biri hesab olunur. 11 illik evliliklərinə heç bir səbəb göstərmədən səssiz-səmirsiz ayrılıblar.
.jpg)
Biznesmen Bülent Çavuşoğlu və teleaparıcı Tuğçe Eyilikin ayrılmalarına səbəb müğənni Ajda Pekkan olub.

"Leyla ilə Məcnun" serialının "Məcnun"u aktyor Ali Atay da, 5 illik həyat yoldaşı Ebru Cansızdan tez bir zamanda boşanıb.

Aktrisa Ayşə Tolga da həyat yoldaşı Marsel Eskinazdan bəlli olmayan səbəbə görə ayrılıb.

Aktyor Altan Gördüm ilə aktrisa Vahide Gördüm hamını şoka salaraq 22 illik evliliklərinə son qoyublar.

Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB