Artıq Hindistanda böyük qalmaqala səbəb olan "Jism 2" filmi Azərbaycan dilində dublaj olunub. Bu barədə SİA-ya filmi tərcümə edən rejissor Nail Naiboğlu deyib. Rejissor bildirib ki, artıq film tamaşaçılara təqdim olunmaq üçün tam hazırlanıb. N.Naiboğlunun sözlərinə görə, ümumiyyətlə dublyaj işindən zövq alıb və gələcəkdə də bu işi davam etdirəcək. O, sosial şəbəkələrdə haqqında yazılan şərhlərə də fikir bildirib: " "Jism 2" filminə oxşar bizdə də rejissor Rasim Ocaqov "Təhminə" filmini çəkib. Film böyük uğur da qazanıb. Hələ sovetlər dönəmində Azərbaycanda məşhur müğənni Ququşun iştirakıyla "Uzun gəcə" adlı İran filmi nömayiş olunurdu. Həmin film bu günə kimi də klassik film olaraq qəbul olunur. Dublyaj etdirdiyim "Jism 2" filmi çox maraqlı və rəngarəng filmdir. Sual verirlər ki, filmi niyə tərcümə etdirmisiniz və filmlə bağlı etik normalara sığmayan şərhlər yazanlara cavabım belədir: Bildirirəm ki, biz heç kimi məcbur etmirik ki, sən get cibindən pul ver və kinoteatra bilet al. İnanın ki, hazırda bizi qınayan şəxslər əminəm ki, birinci özləri bilət alıb, filmə həvəslə baxacaqlar".
N.Naiboğlu onu da qeyd edib ki, film avqust ayında tamasaçılara təqdim olunacaq və Azərbaycanda "Arzunun qaranlıq tərəfi" adıyla yayımlanacaq.
Rejissor əlavə edib ki, filmin dublyajında müğənni "Elit star" Cəmilə də iştirak edib: "Film çox böyük marağa səbəb olacaq. Filmin dublyajında istirak edənlərdən biri də müğənni "Elit star" Cəmilədir. Cəmilə filmdə baş qəhrəman olan İznanı səsləndirib".
"Jism 2" filmində baş rolda çəkilən aktrisa Sanni Leoni Hindistanın seks madonnasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB