"Star-2013" mükafatının verilmə tarixi bəlli olub. SİA-nın verdiyi xəbərə görə, iyul ayının 29-da "Kral Rent A Car"ın sponsorluğu ilə keçirilən tədbirdə mükafata layiq görülən namizədlər öz mükafatlarına sahib çıxacaqlar.
Mükafatın təqdim olunmasında məqsəd 2013-cü ildə yeni-yeni layihələrlə öz pərəstişkarlarını sevindirənləri, hit mahnıların müəlliflərini, istedadı ilə digər həmkarlarından üstün olan aparıcıları digər həmkarlarından fərqləndirməkdir. Mükafat şou-biznes nümayəndələrinə, TV və radionun maqazin verilişlərinə, verilişlərin aparıcılarına, klipmeykerlərə, prodüserlərə, qəzet və internet portallarına və onların yazarlarına, model ve modelyerlərə, rəqqas və rəqqasələrə təqdim olunacaq.
Qeyd edək ki, sorğular sosial şəbəkələrdə və elektron poçt ünvanı vasitəsi ilə virtual formada həyata keçirilir. Sorğular hələ 25 iyul tarixinə kimi davam edəcək. Sorğularda iştirak etmək üçün "Facebook" sosial şəbəkəsində yaradılan "Star-2013" səhifəsinə və [email protected] elektron poçt ünvanına namizədlərin adlarını yazmaqla qoşulmaq olaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB