Uzun zamandır gözlənilən "Akcent" qrupunun konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, gecəni idarə etmək Rüfət Ağayevə həvalə olunub. İlk olaraq səhnəyə ifaçı Aysel Əlizadə çıxıb. Sənətçi yeni mahnılarını səsləndirib.
Daha sonra "Akcent" qrupunun solisti Adrian Sina öz səmimiliyini göstərərək, gecəyə təşrif buyuran qonaqları salamladıqdan sonra repertuarında olan mahnıları ifa edib.
Qrupu dinləmək üçün yerli şou-biznesin tanınmış simaları da iştirak edib.
Nəzərinizə çatdıraq ki, "Akcent" qrupunun konsertinin təşkilatçsı Faiq Əlidir.
Qeyd edək ki, konsertin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB