Dünyaca məşhur "Akcent" qrupu bu səhər Bakıya gəlib. SİA-nın verdiyi xəbərə görə, onlar 05:20-də hava limanında olublar. Paytaxtımızın qonaqlarını aeroportda təşkilatçılar qarşılayıblar. Hazırda otellərin birində istirahət edən qrup gecə maraqlı ifaları ilə tamaşaçılar önünə çıxacaqlar.
Nəzərinizə çatdıraq ki, "Akcent" qrupunun konserti saat 19:00-da, Novxanı istirahət mərkəzində "White Beach" klubunda baş tutacaq.
Qeyd edək ki, "Akcent" qrupunun informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB