Ötən gün Türkiyədən Moskvaya yola düşən müğənni Rəqsanənin səfəri qısa sürəcək. SİA-nın verdiyi xəbərə görə, iyulun 25-də yenidən Türkiyəyə qayıdacaq sənətçi Bakı səfərini bu ay üçün təxirə salıb. Səbəb çəkiliş heyətinin klip çəkilişinə başlamasıdır. Tanınmış rejissor Murat Küçüyün ekranlaşdıracağı klipdə Rəqsanə fərqli obrazda görünəcək. Moskvaya da saçlarını dəyişmək məqsədi və ailəsinə baş çəkmək üçün gedən sənətçi, qayıdarkən özünə lazım olacaq ləvazimatları da Türkiyəyə daşıyacaq.
Qeyd edək ki, Rəqsanənin Bakı səfəri avqusta nəzərdə tutulub. Sənətçi Ramazan ayında xeyriyyə tədbiri keçirməyə niyyətlidir. Bunun ardınca, qızı Aysunun möhtəşəm moda sərgisi başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB