Azərbaycanlı müğənni Kərim Abbasovun ailəsində ağır itki baş verib. Sənətçinin dayısı rəhmətə gedib. Bu haqda SİA-ya açıqlama verən Kərim dayısının rəhmətə getməsindən çox məyus olduğunu dilə gətirib: "Gözümün ağı-qarası bir dayım var idi. O da rəhmətə getdi. Allaha əsla üsyan etmirəm. Sadəcə, ürəyimdə çox əziyyət çəkirəm. Allah rəhmət eləsin".
Qeyd edək ki, şou-biznes nümayəndələrindən Günel Ələkbərova, Cəmilə, Fidan Hacıyeva, Nicat Məhərrəmov, Oksana Rəsulova, Nado və başqaları sənətçiyə və ailəsinə baş sağlığı veriblər.
Allah rəhmət eləsin!
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB