“Star-2013”ə kimlər layiq görüləcək?

“Star-2013”ə kimlər layiq görüləcək?

"Star-2013" mükafatlandırma mərasimi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, sorğular sosial şəbəkələrdə və elektron poçt ünvanı vasitəsi ilə virtual formada həyata keçiriləcək.

Mükafatın təqdim olunmasında məqsəd 2013-cü ildə yeni-yeni layihələrlə öz pərəstişkarlarını sevindirənləri, hit mahnıların müəlliflərini, istedadı ilə digər həmkarlarından üstün olan aparıcıları digər həmkarlarından fərqləndirməkdir. Mükafat şou-biznes nümayəndələrinə, TV və radionun maqazin verilişlərinə, verilişlərin aparıcılarına, klipmeykerlərə, prodüserlərə, qəzet və internet portallarına və onların yazarlarına, model ve modelyerlərə, rəqqas və rəqqasələrə təqdim olunacaq.

Qeyd edək ki, sorğularda iştirak etmək üçün "Facebook" sosial şəbəkəsində yaradılan "Star 2013" səhifəsinə və [email protected] e-poçt ünvanına namizədlərin adlarını yazmaqla qoşulmaq olaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə