Türkiyənin tanınmış estrada ulduzu Rafet El Roman və azərbaycanlı müğənni Ezo artıq Bakıdadırlar. SİA-nın məlumatına görə, bu gün saat 13:30-da Heydər Əliyev adına Hava Limanında şəhərimizin qonağı olan duet ortaqları sabahkı konsertin hazırlığına başlayıblar.
Hava limanında jurnalistlərin suallarını cavablandıran müğənni Rafet El Roman, konsert zamanı Azərbaycan mahnıları da oxuyacağını və möhtəşəm bir konsert proqramının planlandığını deyib. Türkiyəli müğənni həmçinin sevgilisi Cerenlə birgə olduğunu da söyləyib.
Konsertin təşkilatçısı Nahid Emiloğlu isə bildirib ki, sabah Rafet El Roman və Ezo ATV-nin "Gün keçir" verlişinə çıxacaqlar: " "Romantik yay axşamı" konsertinin aparıcısı Nanə Ağamalıyeva, konsertin fəxri qonağı isə Aygün Kazımovadır. İnşallah, iyulun 19-u səhər hər ikisi konsertdən sonra Türkiyəyə qayıdacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB