Nail Naiboğlu yeniliyə imza atdı

Rejissor Nail Naiboğlu yeni layihəyə imza atıb. Rejissor Hindistanda "Jism 2" adlı böyük qalmaqala səbəb olan filmi tezliklə Azərbaycan dilində dublyaj etdirəcək. Bu haqda SİA-ya Nailin özü məlumat verib: "Uşaqlıqdan Hind filmlərinə marağım vardı. Dərsdən qaçıb köhnə məhəlləmizdə olan kinoteatra gedib Hind filmlərinə baxırdım. Yeni çəkilmiş bu filmi xoşladığım üçün də qərara gəldim ki, həmin filmi Azərbaycan dilinə dublyaj etdirim".

Qeyd edək ki, Azərbaycanda "Arzunun qaranlıq tərəfi" adı ilə yayımlanacaq filmdə açıq-saçıq səhnələr olması, Hindistanda böyük qalmaqal yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə