Türkiyənin məhşur müğənnisi İbrahim Tatlısesin səsi batıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi burnunun sol tərəfindəki artıq əti kəsdirib. Lakin həkim "İmperator"dan icazə almadan burnunun sağ tərəfinin ətini də kəsib. Daha sonra danışarkən səsinin tonunun dəyişdiyini bilib. İfaçı öz şəxsi "Twitter" səhifəsində səhhəti haqqında bu sözləri qeyd edib: "Səsimdə problem yoxdur. Sadəcə burnumun sol tərəfində artıq ət var idi. Həkim İsmail Koçak da özünü peşəkar kimi qələmə verdi. Biz də onun sözlərinə inandıq. Əməliyyat günü gələndə isə İsmail mənə yaxınlaşaraq narkoz olacağımı və sağ tərəfimdəki ətin də götürüləcəyini dedi. Mən də həkimdir, hər şeyi bilir deyə fikirləşdim və razılaşdım. Sonunda isə "Sıfır" səviyyəsində həkim olduğunu anladım".
Qeyd edək ki, "İmperator" İbrahim Tatlıses 17 mart 2011-ci ildə PKK-çı Abdulah Uçmak tərəfindən silahlı hücuma məruz qalmışdı.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB