Lalə Məmmədovanın şəxsi həyatı haqda rəfiqəsi danışdı

Lalə Məmmədovanın şəxsi həyatı haqda rəfiqəsi danışdı

Azərbaycanın əməkdar artisti Lalə Məmmədovanın şəxsi həyatı barədə şayiələr dolanır. Deyilənlərə görə, əməkdar artist həyat yoldaşından boşanıb. Xəbərin yalnış və ya doğru olmasını aydınlaşdırmaq üçün Lalə Məmmədova ilə telefon əlaqəsi yaratdıq. Əməkdaşımızın zənginə cavab verən müğənninin rəfiqəsi Vəfa xanım gəzən söz-söhbətin yalan olduğunu və rəfiqəsinin boşanmadığını söylədi. Bu haqda mediaya bir neçə aydan sonra informasiya veriləcəyini dilə gətirdi.

Nəzərinizə çatdıraq ki, əməkdar artist Lalə Məmmədova hər zaman mərasimlərə həyat yoldaşı ilə birgə qatılırdı. Lakin son zamanlar ifaçının tək gəzdiyi gözlərdən yayınmayıb.

Qeyd edək ki, əməkdar artist Lalə Məmmədovanın həyat yoldaşından 1 qız övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə