Prodüsserin ailəsində ağır itki YENİLƏNİB

Prodüsserin ailəsində ağır itki YENİLƏNİB

Azərbaycanlı prodüsser Tarix Əliyevin (Tolik) adını daşıdığı babası dünyasını dəyişib. Bu haqda SİA-ya Tolikin özü danışıb: "Babamın ilk oğul nəvəsi mən olduğumdan öz adını mənə qoyub. Atam çoxuşaqlı ailədə böyüyüb. 5 bibim və 1 əmim var. Babamın ölüm xəbəri məni çox təsirləndirdi. Çünki o, səhhəti haqqında heç vaxt şikayət etməyib. Çox gümrah idi. Hətta ahıl yaşında belə gözəl rəqs etməyi bacarırdı.

Qeyd edək ki, Tolikin babası 80 yaşında vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə