Bir neçə gündür bəstəkar Pərviz Mahmudovun yeni mahnısı radio dalğalarında səslənir. SİA-nın verdiyi xəbərə görə, Röyanın ifasında "Sil getsin" adlanın hit Youtube kanalında iki gün ərzində 30 min –dən çox izlənilib. P. Mahmudovun sözlərinə görə, mahnı ilə bağlı çox sayda təbrik zəngləri alıb: " "Sil getsin" adlı mahnının hit olması məni çox sevindirir. Hər zamankı kimi öz işimdən zövq alıram. Yaradıcılığımda baş verən bütün uğurlara görə sevinirəm. Hər kəsə məşğul olduğu sənətdə uğurlar arzu edirəm".
Xatırladaq ki, P. Mahmudov 30-dan çox hit mahnının müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB