Əməkdar artist qəzaya düşdü

Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov İçərişəhərdə qəzaya düşüb. İfaçının "Rolls Royce" markalı maşını ilə "Badımcan taksi" toqquşub. Sözügedən xəbəri "Baku taxı" MMC-nin nümayəndəsi Məcnun Səfərov da təsdiqləyib. Baş verən hadisə ilə bağlı Cavanşir Məmmədovun özü ilə əlaqə saxladıq. Sənətçi SİA-ya açıqlama verərək xəbərin doğru olduğunu və avtomobilinə kiçik zərər dəydiyini söylədi.

Qeyd edək ki, əməkdar artist Cavanşir Məmmədov "Rolls Royce" markalı avtomobilini 2011-ci ilin aprel ayında 960 min avroya alıb.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə