Stilist Samiraldo ondan bəhs edən "Samir" kitabının müəllifi Əhməd Şahidovu məhkəməyə verəcək. Buna səbəb isə müəllifin kitabda olmayan hadisələri yazmasıdır. Bu haqda SİA-ya açıqlama verən Samirolda kitabların satışdan yığışdırılmasını tələb edir: "Guya mən Samir Bağırovun bağ evində öz həmcinsimlə cinsi əlaqəyə girmək istəmişəm. Ağ yalandır! Əvvəla, Samir Bağırovun heç vaxt bağ evi olmayıb. İkincisi də, mən indiyə qədər kişi ilə cinsi əlaqədə olmamışam. Bütün bunlar Əhməd Şahidovun fantaziyalardır. O, haqqımda kitab yazmaqla özünü məşhur edib, kitabların daha çox satılmasına nail olmaq istəyir. Həqiqətə uyğun olmayan və məni alçaldan qondarma faktlara görə, Əhməd Şahidovu məhkəməyə verirəm. Artıq vəkilim məhkəməyə təqdim etmək üçün iddia ərizəsini hazırlayır. Onu da deyim ki, dəfələrlə Əhməd bəyə telefon zəngi açmışam. Lakin zənglərimə cavab verməyib. Sonuncu dəfə ona mesaj yazaraq bildirdim ki, kitabları satışdan yığışdırsın. O da mənə cavabında yazdı ki, get nə istəyirsən elə. Odur ki, qərar vermişəm Əhməd bəyi məhkəməyə verəcəm. Bunu etməyə bilməzdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB