Elçin Cəfərovdan: “Sev kəlməsi”

Elçin Cəfərovdan: “Sev kəlməsi”

Hər zaman yeni mahnıları və klipləri ilə sevənlərinin qəlbinə yol tapan Elçin Cəfərovdan xəbər var. SİA-nın verdiyi xəbərə görə, müğənni "Sev kəlməsi" adlı mahnısına klip çəkdirir. Klipi rejissor Rza Əsgərov ekranlaşdıracaq. "Sev kəlməsi" adlı mahnının sözləri Elməddin Həmidova, musiqisi isə Elçin Cəfərov və Tərlan Məmmədhüseynova məxsusdur.

Qeyd edək ki, yaxın vaxtlarda "Sev kəlməsi" adlı klip tamaşaçıların ixtiyarına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə