Əməkdar artist Almaz Ələsgərovanın mətbuat katibi Cəfər Mənsimi son zamanlar Almaz xanım haqqında yayılan şayiələrə aydınlıq gətirib. SİA-ya açıqlama verən Cəfər bunları deyib: "Bəzən məhşurlarımız ucuz şou arxasınca qaçırlar. Hətta çəkişmələrin çılpaqlığı ilə gündəmə gəlməsi bizim uşaqlarımız üçün də böyük təhlükədir. Bu baxımdan açıqlamalara və yazılan xəbərlərə çox diqqət etmək lazım olduğu halda, nədənsə buna önəm verilmir. Elə onların özü kimi, ailələri də diqqət mərkəzindən kənarda qalmır. Unudulur ki, söz azadlığı hər ağzına gələni danışıb, kiməsə böhtan atıb, arxasında durmayacağın sözləri işlətmək deyil. Elə bunun özü də bir cinayətdir. Axı araşdırmadan necə fikir yürütmək olar? Son günlər birlikdə çalışdığım əməkdar artist Almaz Ələsgərova ilə bağlı araşdırmadan yazılan yazılara, onun mətbuat katibi olaraq cavab verməyə bilməzdim. Niyə biz nələrisə öz gözlərimizlə görmədən, yalnız eşitdiklərimizə inanırıq? Unutmayın ki, ziyanın yarısından da geri qayıtmaq xeyirdir. Odur ki, başqaları ilə bağlı fikir irəli sürmədən, diqqətlə düşünün! Hər eşitdiyinizə yox, yalnız gördüyünüzə inanın!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB