Yenidən bir araya gəldilər FOTO

"Qala" qrupunun solisti Ceyhun Əliyev və müğənni Günay İbrahimli yenidən duet oxumağa qərar veriblər. Bu haqda SİA-ya Ceyhunun özü məlumat verib: "Günay İbrahimli ilə növbəti dəfə çalışmağa qərar vermişəm. Həmkarımla ifa edəcəyimiz mahnının adı "Söz verirən" adlanır. Bu mahnının ilk ifaçısı mən olmuşam. Eyni zamanda mahnının musiqisi mənə, sözləri isə Anar Məmmədova məxsusdur. "Söz verirəm" mahnısını Günayla oxumağıma səbəb isə səsinin bu musiqiyə uyğun olmasıdır. Onu da deyim ki, sözügedən mahnını ilk dəfə solo oxumamışdan öncə, gərək Günayla duet oxuyardım. Bir sözlə duetimiz möhtəşəm alınıb".

Qeyd edək ki, Ceyhun Əliyev Günay İbrahimli ilə ifa etdiyi "Söz verirəm" mahnısına klip çəkdirməyi də düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə