Əcnəbi müğənni azərbaycanlı sevənləri ilə görüşəcək

Əcnəbi müğənni azərbaycanlı sevənləri ilə görüşəcək

Rusiyanın məhşur müğənnisi Valeriy Meladze Bakıda konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, ifaçının verəcəyi konsertin adı "20 sevgi hekayəsi" adlanır. Sənətçi konsertdə sevənləri ilə görüşüb, repertuarında olan ən hit bəstələrini onlara təqdim edəcək.

Qeyd edək ki, Valeriy Meladzenin konserti noyabrın 19-da Heydər Əliyev sarayında baş tutacaq.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə