Azərbaycan Dövlət Kukla teatrı Maştağa rayonunda yerləşən "Təbəssüm" uşaq sanatoriyasında "Ramazan" bayramını imkansız uşaqlarla bir yerdə vaxt keçirib. SİA-nın verdiyi xəbərə görə, Kukla Teatrının "Oyuq" studiyasının balaca artistiləri həmyaşıdlarına səhnəciklər göstərib, mahnılar oxuyub. Kukla Tetarının direktoru Rəşad Əhmədzadə uşaqları bayram münasibəti ilə təbrik edib, onlara xoş istirahətlər arzulayıb.
Tədbirdə sənət nümayəndələrindən Roza Zərgərli, Günay İbrahimli, Ülviyyə Əliyeva, Oksana, Ceyhun Əliyev çıxış edərək balacaları əyləndiriblər.
Sənət nümayəndəri öhdələrinə düşən vəzifələrlə bərabər mətbəxdə sanatoriya işçilərinə uşaqlara yemək hazırlamaqda kömək ediblər.
Rəqqasə Oksana isə balacalara böyük jest edərək, onlara hind rəqsini oynamağı öyrədib.
Qeyd edək ki, Kukla teatrının balaca artistiləri Aylin, Nazim, Mirabbas, Tunar, Nigarın uşaqlara göstərdiyi səhnəciklər onların üzündə təbəssüm bəxş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB