Yay festivalına start verildi

Şou-biznes nümayəndələrinin iştirakı ilə yay festivalına start verilib. SİA-nın verdiyi xəbərə görə, festival Mərdəkanda istirahət mərkəzlərinin birində keçiriləcək. Festivalın açılışı iyulun 27-si baş tutacaq. Yay festivalının ilk günü əməkdar artist Elza Seyidcahan çıxış edəcək. İnanılmaz şou ilə Seyidcahan yenə hər kəsi heyrətləndirəcək.

Qeyd edək ki, Elza xanımın hazırladığı konsert proqramında moda və qeyri-adi saç düzümlərinin nümayişi, uşaqların rəqs şousu, parodiyalar, canlı ifa, performans, vokal, caz və muğam parçalarından ibarət zəngin möhtəşəm şou tamaşaçılara təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə