Müğənni Leyla Ramazanlı Türkiyəyə yola düşür. Bu barədə SİA-ya Leylanın özü məlumat verib: "Bu həftənin sonu Türkiyənin Antalya şəhərinə istirahətə gedirəm. Ailəmlə birgə qardaş ölkədən başqa bir neçə xarici ölkədə də istirahət etməyi düşünürəm. Onu da deyim ki, tətilə getməmişdən öncə musiqisi İsmayıl Əsədova, sözləri dayım Arzu Əsədova məxsus olan iki yeni mahnı ifa etmişəm. Mahnıların hər ikisini sentyabr ayında dinləyicilərə təqdim edəcəm".
Qeyd edək ki, Leyla Ramazanlı repertuarında olan "Göyqurşağı" və "Unut" adlı mahnılarına da sentyabr ayında klip çəkdirməyi düşünür. Klipə rejissorluğu müğənninin bacısı Xavər Ramazanova edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB