Azərbaycanlı sənətçi Səyyad Əlizadə xalq artistlərinin qalmaqallarından söz açıb. SİA-ya açıqlama verən sənətçi xalq artistlərinin baş verən münasibətləri ictimailəşdirməyi məsləhət görməyib: "Xalq artistləri görüşüb aralarındakı soyuqluğu aradan qaldırmalıdırlar. Onlar xalqın tanınmış sənətkarlarıdır. Düşünürəm ki, bu cür qalmaqallar nə onların sənətlərinə, nə də şəxsiyyətlərinə yaraşmır. Əminəm ki, bu soyuqluq tezliklə aradan qalxacaq. Çünki xalq artistləri ağıllı, dərrakəli insanlardır".
Səyyad bəy xalq artistlərinin fəxri adlarının əllərindən alınmasının əlehinə olduğunu dilə gətirib: "Xalq artisti adının alınması ilə razılaşmıram. Bu adı onlar zəhmətlərinə görə alıblar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB