Əməkdar artist Firuzə İbadova hələ ki, iş başındadır. Sənətçi bir neçə yeni mahnı üzərində çalışır. Bu haqda SİA-ya Firuzə xanımın özü məlumat verib: "İşlərimlə əlaqədar olaraq istirahətə getməmişəm. Yeni mahnılar üzərində çalışıram. Elə mahnılar var ki, hələ üzə çıxarmamışam. Onları arenjeman etdirəcəm. Xüsusilə nəzərinizə çatdırım ki, yeni qrup hazırlayıram. Həmin qrup Sumqayıtda uşaq müsabiqəsində iştirak edəcək. Sözügedən qrupla yeni iş birliyinə başlayacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə