Təranə Fatimə ilə işbirliyinə son qoydu

Təranə Fatimə ilə işbirliyinə son qoydu

Tanınmış rəqqasə Fatimə Fətəliyevanın prodüsser Təranə Səmədova ilə işbirliyi uzun sürməyib. Bunu SİA-ya prodüsser T.Səmədova deyib. O, işlərinin çox olmasını söyləyərək, rəqqasə ilə işlərini dayandırdığını bildirib: "Bizim Fatimə ilə işimizdən əlavə dostluğumuz var. İşlərimin çox olmasından dolayı iş birliyimizə yekun vurmaq qərarına gəldik. Çünki mən bir neçə müğənni ilə işləyirəm. Amma bir dost kimi ona işlərində hər zaman yardımçı olmağa hazıram. İşlərində uğurlar arzu edirəm".

Qeyd edək ki, müğənni Fəqan Səfərovla da iş birliyinə son qoyan prodüsser Təranə Səmədova hazırda müğənni Nəsimi Məmmədov, "Sharm" qrupu və bir neçə gün olar ki, gənc müğənni Lamiyə Novruzova ilə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə