Azərbaycanlı sənətçilər arasında "Ramazan bayramında hansı sənətçilər oruc tutacaq?" sualı altında sorğu keçirdik. SİA həmin sorğunu sizə təqdim edir:
Əməkdar artist Firuzə İbadova: "Bu gecə niyyət axşamıdır. İnşallah bu gecə niyyətimi edib, oruc tutacağam. Əslində səhhətim buna imkan verməsə də çalışacam ki, oruc tutum. Dincəlməyə gəlincə isə sadəcə evdə uşaqlarla birlikdə olacam".
Müğənni Səyyad Əlizadə: "Mən də oruc tutacam. Allah Niyyət edib oruc tutanların və namaz qılanların köməyi olsun".
Müğənni Ramal Əsədzadə: "Artıq bu gündən oruc tutmuşam. Bütün oruc tutan müsəlman bacı, qardaşlarımızın Allah oruclarını və dualarını qəbul eləsin".
Müğənni Elariz Məmmədoğlu: "Bəli. Oruc tutmuşam".
Müğənni Sevinc Ağakişiyeva: "Bu il oruc tuta bilməyəcəm".
Müğənni Tunar Rəhmanoğlu: "Bəli. Oruc tutacam".
Stilist Samir: "Xeyir tuta bilməyəcəm. Çünki işlərimlə bağlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB