Aktyor serialdan ayrıldı

Daha bir türkiytəli məhşur aktyor serialdan ayrılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, "Pis yedili" serialında baş rol oynayan Kadir Doğulu mövsümün sonunu gözləmədən filmdən gedib. Serialın prodüseri Gani Müjde aktyor haqda bu sözləri dilə gətirib: "Bizim serialımızda kifayət qədər aktyor var. Kadirin getməsi serialımıza bir o qədər də təsir göstərməyib.

Nəzərinizə çatdırım ki, o, düzgün insanlarla münasibətdə deyil. Hələ koryerasının əvvəlindədir. Özünü bu cür reklam etməsi sevənlərini heç də məmnun etməyib. Ancaq nə vaxt istəsə seriala qayıda bilər. Qapılarımız onun üzünə açıqdır".

Qeyd edək ki, bir müddət bundan əvvəl məhşur aktrisa Meryem Uzerli "Muhteşem yüzyıl" serialını yarımçıq qoyaraq ölkəni tərk edib.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə