Azərbaycanlı müğənni qadağa qoydu

Azərbaycanlı müğənni qadağa qoydu

Rusiyalı pop ulduz Alsunun əri Yan Abramovu rus mediası təhqir edib. Belə ki, o, həyat yoldaşı Alsunun azərbaycanlı müğənni Ramal Əsədzadəylə olan sevgi macərası barədə xəbərlərin dayandırılmasını istəyib. Ancaq məsələyə Rusiya mediasından sərt cavab gəlib. Jurnalistlər ifaçının ərinə belə bir sual ünvanlayıblar: "Arvadın azərbaycanlı müğənniylə yatmaq istəməsi barədə müsahibə verəndə harada idin?"

Adı qalmaqalda hallanan azərbaycanlı sənətçi Ramal Əsədzadə sözügedən məsələyə sərt reaksiya verib. O, SİA –ya açıqlama verən zaman da əsəblərini cilovlaya bilməyib: "Alsu xanımla barəmdə gəzən şayiələr artıq məni özümdən çıxarır. Çünki o ifaçıyla cəmi bir dəfə ad günü mərasimində birgə iştirak etmişik. Ola bilsin ki, Alsu xanım mənim haqqımda tam başqa fikirdədir. Ancaq bundan sonra Alsu xanımla adımın birgə hallanmasına qadağa qoyuram".

Bütün xəbərlər Facebook səhifəmizdə