İfaçı: “Onların lüt şəkilləri, videoları var”

İfaçı: “Onların lüt şəkilləri, videoları var”

Azərbaycanlı sənətçi Sevinc Ağaşirinova geyimlərini qınaq obyektinə çevirən şou-biznes nümayəndələrindən danışıb. SİA-ya açıqlama verən ifaçı qısa paltarların ona yaraşdığını söyləyib: "Son bir ildə açıq-saçıq geyinirəm. Hətta fotosessiyalarımın birində köynəklə çəkdirdiyim şəkillər sözün əsl mənasında böyük səs-küyə səbəb olmuşdu. Məncə həmin fotolarda qeyri-adi heçnə yoxdur. Bu cür libaslar mənə çox yaraşır. Onu da deyim ki, elə sənətçilərimiz var ki, onların lüt şəkilləri, videoları var. Özlərini ictimaiyyət qarşısında belə apara bilmirlər. Heç onlardan danışan yoxdur. Kim necə istəyir, elə də geyinsin. Əsas odur ki, mənim geyimimə qarışmasınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə