Xalq artisti Flora Kərimova və bəstəkar Sevinc Tofiqqızı bir araya gəliblər. Sənətçilər yeni işbirliyinə başlayıblar. Bu haqda SİA-ya Sevincin özü danışıb: "Bu yaxınlarda sözləri İlahə Xuduqızına və musiqisinə mənə məxsus olan "Qəlbim sənsən" adlı mahnı işıq üzü görəcək. Mahnının aranjemanı Osman bəyə məxsusdur. Onu da nəzərinizə çatdırım ki, sözügedən mahnını xalq artisti Flora Kərimova çox bəyənib. Artıq Flora xanım "Qəlbim sənsən" adlı mahnını səsyazma studiyasında oxuyub. İnşallah, yaxın günlərdə dinləyicilərə təqdim olunacaq".
Qeyd edək ki, Sevinc Tofiqızının bəstəsi olan Flora Kərimovanın ifa etdiyi "Qəlbim sənsən" mahnısına yaxın zamanlarda rejissor Nicat Qafuroğlu tərəfindən klip də çəkiləcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB