İyul ayının 6-da Qala Bazar istirahət mərkəzində Azərbaycanın ən yaxşı DJ-lərinin iştirakı ilə Dünya Çempionatı çərçivəsində milli final baş tutacaq. SİA-nın verdiyi xəbərə görə, 8 azərbaycanlı DJ-dən ölkəmizi Dünya Çempionatının finalında yalnız biri təmsil etmək hüququ qazanacaq. Yarışma 3 müxtəlif musiqi janrında 15 dəqiqəlik çıxışlardan ibarət olacaq. Çempionatın finalı Torontoda noyabrın 4-dən 9-dək keçiriləcək. Yarışan həmyerlilərimiz arasında: DJ Twist, DJ Seym, DJ Ed, DJ Ayzk, DJ Apple, DJ Amaori, DJ Rimas, DJ Rasl olacaq.
Qeyd edək ki, bu il Dünya Çempionatında 22 ölkənin təmsilçisi iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB