İfaçı: “Bilsəydim, səhnəyə çıxmazdım”

İfaçı: “Bilsəydim, səhnəyə çıxmazdım”

Amerikanın dünya şöhrətli müğənnisi Jennifer Lopez bir neçə gün əvvəl Türkmənistanın prezidenti Qurbanqulu Berdimuhammedovun doğum günündə çıxış edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ifaçıya sözügedən ölkədə insan hüquqları pozulduğu üçün prezidentin ad günündə iştirak etməməsini söyləyiblər. Lakin sənətçi onların bu istəyini nəzərə almayaraq prezidentin doğum günündə öz musiqilərini səsləndirib. Çıxışından sonra bu sözləri dilə gətirib: "Həmin ölkədə insan hüquqlarının pozulduğunu bilsəydim, səhnəyə çıxmazdım".

Nəzərinizə çatdıraq ki, Çin Milli Neft Şirkətlərinin nümayəndələri Jennifer Lopezə bu ölkədə insan hüquqlarının pozulduğu haqda məlumat versə də, müğənni məhəl qoymayıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini İvan Simonoviç isə, Türkmənistanda insan hüquqları mövzusunda irəliləyişlər olduğunu, ancaq bu prosesin yekunlaşması və beynəlxalq standartlara çatması üçün daha çox yol qət etmək lazım olduğunu bildirib.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə