Məhşur aktyor vəfat etdi

Amerikanın məhşur aktyoru Jim Kelly vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aktyor uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Həyat yoldaşının sözlərinə görə, aktyor 67 yaşında Koliforniyadakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Jim Kelly 1973-cü ildən aktyorluq karyerasına başlayıb. Aktyor "Enter the Dragon" adlı filmlə dünya şöhrəti qazanıb.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə