Kıvanç Tatlıtuğ maşınlarını satıb

Kıvanç Tatlıtuğ maşınlarını satıb

Türkiyənin məhşur aktyoru Kıvanç Tatlıtuğ maraqlı addım atıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor qarajındakı bütün avtomobilləri satıb. Buna səbəb isə 4 ay Londonda istirahət etmək istəyidir. Kıvanç eyni zamanda orada aktyorluq kurslarına da qatılmağı düşünür.

Qeyd edək ki, aktyor Kıvanç Tatlıtuğ qarajındakı Maseratti, Corvette kimi kifayət qədər bahalı avtomobilləriartıq satıb.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə