İfaçı imtahan verdi

Müğənni Aysel Əlizadə imtahan verib. SİA-nın verdiyi xəbərə görə, bu il Azərbaycan Milli Konservatoriyasının məzunu olan gənc sənətçi bir neçə tanınmış sənətkarın qarşısında dövlət imtahanı verib. Dərslərinə 4 ildə ciddi yanaşan sənətçi, imtahanda uğurla çıxış edib. "Bayatı-şiraz" muğamını dəsgah şəklində ifa edən A.Əlizadə, eyni zamanda təsnif və xalq mahnıları səsləndirib. Aysel Əlizadənin təhsil alığı kafedranın rəhbəri, xalq artısti Arif Babayev onun ifasına müsbət rəy bildirib. Sənətçi muğamı mükəmməl şəkildə hazırlasa da, sənətkarlar qarşısında həyəcanını boğa bilməyib. Müəllimi, xanəndə Qəzənfər Abbasov da tələbəsinin həyacanlı olmasına baxmayaraq, dəsgahın öhdəsindən gələ bildiyini söyləyıb. Artıq konservatoriyanın məzunu adını daşıyan sənətçi, estrada ifaçısı olmasına baxmayaraq, muğamları öyrənməyə davam edəcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə