Şəkidə möhtəşəm konsert keçirildi

Şəkidə möhtəşəm konsert keçirildi

Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtım Müşavirliyinin təşkilatı dəstəyi ilə Şəkidə keçiriləcək ənənəvi "İpək Yolu Beynəlxalq Musiqi Festivalı"na gələn "Axşam Səfası"nın möhtəşəm konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, "TRT" kanalının sevilən proqramlarından biri olan "Axşam Səfası" kollektivi Şəki tamaşaçıları üçün türk sənət musiqisi və azərbaycan xalq mahnıları səsləndiriblər. Anşılaqla keçən konserti izləyənlər sırasında Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyit Ahmet Arslan, Türkiyənin Konya vilayətinin bələdiyyə başçısı Sərdar Kabakçı, Şəki şəhər icra başçısı Elxan Usubov, TRT-nin Azərbaycan təmsilçisi Yüksəl Dəğərcan və digər tanınmış siyasət və sənət adamları iştirak ediblər.

Qeyd edək ki, konertdə xalq artisti Məlekxanım Eyyubova və müğənnilər Lalə və Nurkan cütlüyü də öz ifalarını nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə