Türkiyənin məhşur aktrisası Özgü Namal və aktyor İbrahim Çelikkol sevgi macərası yaşayır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, "Merhamet" serialında eşq münasibəti yaşayan cütlük real həyatda da sevgilidirlər. Birlikdə Bodrumda istirahət edən cütlük 2 gün Çanakkale Küçükkuyunda qalıblar. Cütlük hələ ki, bu münasibəti mətbuatdan gizli saxlamaq istəyirlər.
Qeyd edək ki, aktrisa Özgü Namal keçmiş sevgilisi biznesmen Başar Savurdan ayrılmaq səbəbi məlum olmasa da, aktyor İbrahim Çelikkol keçmiş sevgilisi aktrisa Deniz Çakırdan ayrılma səbəbi xəyanət olub.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB