Türkiyənin ünlü sənətçisi Hadisə Bakıda verdiyi möhtəşəm konsertdən sonra jurnalistlərin suallarını cavablandırıb.
- Təkrar Azərbaycanda olmaq necə hissdir?
- Burada olmağıma çox sevinirəm. Sizlər üçün çox darıxmışdım. Azərbaycana xalqına qarşı fərqli bir sevgim var. Çünki zamanında qatıldığım "Eurovision" yarışmasında da sizlərdən böyük dəstək almışdım. O vaxtdan sizlərə qarşı sevgim daha da artmağa başlayıb.
- İkinci dəfədir ki, Azərbaycanda konsert proqramı ilə çıxış edirsiniz. Sizin fikrinizcə ölkəmizdə dəyişiklik varmı?
- Onu deyə bilərəm ki, Azərbaycan getdikcə gözəlləşir və inkişaf edir. Burada olmaqdan fəxr hissi duyuram.
- Azərbaycan musiqiləri dinləyirsinizmi?
- Mən sizin musiqilərinizi çox bəyənirəm. Bəzən repertuarımda azəri mahnılarına da müraciət edirəm. Türklər sizi çox sevir. Bu qarşılıqlı sevgi və hörmətdir.
- Daha hansı ölkələrdə konsert verməyi planlaşdırırsınız?
- Bu aralar işlərim çoxdur. İyun ayının 29 Bursaya gedəcəm. Bazar günü isə yenidən Bakıya qayıdacam.
- Növbəti dəfə Azərbaycana gəlməyinizə səbəb nədir?
- Xüsusi gecə üçün dəvət ediblər. Bu haqda geniş informasiya verə bilməyəcəm.
- Bazar günü Azərbaycanda "Sevgililər günü"dür. Siz sevgilinizdən nə hədiyyə gözləyirsiniz ?
- Təəssüf ki, sevgilim yoxdur. Bu gün oteldə otağıma daxil olarkən sürprizlə qarşılaşdım. Yerdə şamlardan hazırlanmış "Hadisə" sözü yazılmışdı. Bu cür jesti görəndə çox sevindim.
- Sizcə bu jesti sizə kim edib?
- Bilmirəm. Ancaq bunu məncə otel işçiləri təşkil etmişdi. Yerdə güllər, şamlar var idi. Bu günə qədər heç vaxt belə hadisə ilə qarşılaşmamışdım.
- Gözəl qalmağınız üçün nələr edirsiniz?
- Ciddi heçnə etmirəm. Sadəcə olaraq idmanla çox məşğul oluram. Ən əsası özümə baxıram. Hamı gözəldir, ancaq baxımlı olmaq çox vacibdir. Ən əsası hər zaman makiyajımı yatmamışdan öncə silirəm. Ancaq konsertlərdə həddindən artıq kosmetika çəkirəm.
- Deyilənlərə görə, üstünüzdə bahalı əşyalar olduğu üçün iştirak etdiyiniz tədbirlərdə cangüdənlərlə gəzirsiniz. Doğrudurmu?
- (Gülür...) Bəli doğrudur. Bir müddət bundan öncə üzərimdə bahalı aksesuarların olduğu üçün mərasimlərin birinə cangüdənlərimlə getmişdim.
- "Eurovision" yarışmasında Türkiyəni yenidən təmsil etmək istəyərdinizmi?
- Əlbəttə ki, istəyərdim. Türkiyənin bu il "Eurovision" yarışmasında olmaması məni çox məyus etdi. Ancaq TRT kanalının verdiyi qərara hörmətlə yanaşıram. İnşallah növbəti ildə Türkiyə bu musiqi müsabiqəsində iştirak edər.
- Əlinizdəki döymələrin mənası nədir?
- Hər birinin öz mənası var. Ürəyin mənası sakitlik və dinclik deməkdir. Biz ailədə üç bacıyıq və hər üçümüzün də əlində "Mələk anam" adlı döymə var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB