"Govkhar Group" un təşkilatçılığı ilə Türkiyənin tanınmış müğənnisi Hadisə Açıkgöz dünən jurnalistlərlə görüşüb. SİA-nın verdiyi xəbərə görə, o, media nümayəndələrinin bütün suallarını cavablandıraraq Azərbaycanı çox sevdiyini və bəyəndiyini dilə gətirib.
Daha sonra konsert proqramı ilə çıxış edən Hadisə səhnədə elə "hadisə" yaradıb. Sənətçi rəqs qrupu ilə gecəyə təşrif buyuranlara xoş anlar yaşadıb. İfaçının həmin gecə üçün geyindiyi ağ rəngli paltarı onu daha da cazibədar göstərib.
Qeyd edək ki, gecə saatlarınadək davam edən konsertdə qonaqlar bol-bol rəqs edərək əyləniblər.
Foto müəllifə məxsusdur:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB