Türkiyənin sevilən aktrisası Beren Saat sevgilisi müğənni Kenan Doğuluya şərt qoyub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa şəxsi həyatı haqda mətbuatda gedən xəbərləri oxumaqdan bezib. Bunun üçün də sevgilisi Kenandan münasibətləri barədə mediyaya heç bir məlumat verməməsini xahiş edib. Aktrisa öz işləri ilə gündəmdə qalmaq istəyir.
Qeyd edək ki, aktrisa Beren Saat sevgilisi müğənni Kenan Doğulu ilə edəcəyi istirahəti də təxirə salıb. Buna səbəb aktrisaya gələn yeni film təklifi olub. Aktrisa yeni təklif aldığı "Siyah" adlı filmdən 400 min dollar pul alacaq.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB