Xəbər verdiyimiz kimi, "Akcent" qrupu Bakıya gəlir. Deyilənlərə görə, qrupun konserti təxirə salınıb. Məsələyə aydınlıq gətirmək üçün təşkilatçı Faiq Ali ilə telefon əlaqəsi yaratdıq. SİA-ya açıqlama verən təşkilatçı xəbərin yalan olduğunu söylədi: "Paxıllıq edənlər mənim adıma xələl gətirmək istəyirlər. Mən bilirəm onlar kimlərdir. Həmin insanlara demək istəyirəm ki, tezliklə qrupun Bakı konserti haqqında rolik yayımlanacaq. Bu konsertin baş tutmamasına imkan vermərəm. Onu da nəzərinizə çatdırım ki, digər konsertlərdəki kimi qonaqların narazılığına səbəb olan hadisələr yaşanmayacaq".
Nəzərinizə çatdıraq ki, biletləri "Metropark" ticarət mərkəzindən əldə edə bilərsiniz.
Qeyd edək ki, konsertin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB