“Musiqi Festivalı” adlı konsert keçirildi

“Musiqi Festivalı” adlı konsert keçirildi

Türkiyənin Bakıdakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qafqaz Universiteti və Ondoqquz Mayıs Universitetinin birgə təşkilatçılığı ilə Yaşıl Teatrda "Musiqi Festivalı" adlı möhtəşəm konsert proqram keçirilib. SİA-nın verdiyi xəbərə görə, Ondoqquz Mayıs Universitetinin 41 nəfərdən ibarət türk sənət musiqi qrupu Türkiyənin tanınmış bəstəkarlarının seçilmiş əsərlərini səsləndiriblər. İki hissədən ibarət konsertdə Azərbaycan mahnıları ilə yanaşı, 23 ifa oxunub.

Konsert çərçivəsində Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslana və digər təşkilatçı qurumlara Ondoqquz Mayıs Universiteti tərəfindən Türk mədəniyyətinin tanınmasında göstərdikləri dəstəyə görə mükafat təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə