Ukraynalı rəqqasə ilə Zemfiranı nə bağlayır?

Ukraynalı rəqqasə ilə Zemfiranı nə bağlayır?

Ukraynanın məhşur oriental rəqqasəsi Alla Kuşnir iyun ayının 29-da Bakıya gəlir. Alla iş adamlarının birinin xeyir işinə qatılacaq. Rəqqasə tanınmış teleaparıcı Zemfira Adıgözəlovanın da qonağı olacaq. Zemfira Alla ilə iş birliyinə imza atacaq. Bu haqda SİA-ya teleaparıcı Zemfiranın özü məlumat verib: "Rəqqasə 2 gün Bakıda qalacaq. Alla buradan da Misirə üz tutacaq. Rəqqasə bundan sonra bizim yerli telekanallarda tez-tez iştirak edəcək. Onu da nəzərinizə çatdırım ki, hər ikimizin möhtəşəm şousu gözlənilir".

Qeyd edək ki, Alla Kuşnir ötən il də məhz teleaparıcı Zemfiranın qonağı olmuşdu. Otellərin birində təşkil olunan "Şərq gecəsi"ində solo rəqslər nümayiş etdirən rəqqasə Azərbaycan tamaşaçıları üçün 3 saat rəqs etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə