Məhşur cütlük şok qərar verdi

Hollivudun məhşur cütlüyü aktrisa Angelina Coli və aktyor Brad Pitt yenidən övlad sahibi olmaq qərarına gəliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aktrisa və aktyor ailələrinə daha 2 uşağın qatılmasını istəyirlər. Uşaqlardan birinin övladlıq, digərinin isə doğma olmasının arzusundadırlar. İddialara görə, Angelina Coli Suriyada baş verən hadisələrdən təsirləndiyi üçün övladlıq uşağı da oradan götürmək fikrinə düşüb.

Qeyd edək ki, aktrisa Angelina Coli və aktyor Brad Pittin 6 övladı var və onlardan 3-ü doğma, 3 isə övladlıqdır. Həmçinin cütlüyün bu qərarı verməsinə səbəb əkizləri Knox ve Viviennenin onlardan yenə bacı və ya qardaş istəməsi olub.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə