Şou-biznes nümayəndələri xalq artistinin ölüm xəbərini necə qarşıladı? SORĞU

Şou-biznes nümayəndələri xalq artistinin ölüm xəbərini necə qarşıladı? SORĞU

Xalq artisti Siyavuş Aslanın vəfat etməsi hər kəsi məyus edib. Onun ölümünə biganə qalmayan şou-biznes nümayəndələri kədərlərini belə ifadə ediblər:

Rejissor Aqil M Quliyev: "Azərbaycan teatrının 140-cı il dönümünə həsr olunmuş tədbir keçirildi. Həmin gün Siyavuş müəllim "Şərəf" ordeni adına layiq görüldü. Zalda əyləşən hər kəs onu alqışlarla səhnəyə dəvət etmək istəsə də, mərhum sənətkarımız zalda yox idi. Hamı onu axtarırdı. Allah xalq artisti Siyavuş Aslana rəhmət eləsin! Yaşar Nuri və Siyavuş Aslan kimi aktyorlar Azərbaycan mədəniyyətinin unudulmaz şəxsiyyətləridir".

Teleaparıcı İlkin Həsəni: "Sabahımı xalq artisti Siyavuş Aslanın ölümü ilə bağlı xəbərlə açmaq mənə çox pis təsir etdi. Teatr və kino nəhənglərimizdən birini də itirdik. Hər zaman "Mənim yanıma heç kim gəlmir. Hər kəs məni unudub", -deyə gileylənirdi. İndi isə onunla vidalaşmağa hamı gələcək. Allah Siyavuş Aslana rəhmət eləsin!"

Təşkilatçı Samir Xəttab: "Allah Səyavuş Aslana rəhmət eləsin! Ən böyük sənətkarlarımızdan birini də itirdik".

Müğənni Elçin Cəfərov: "Bu gün xalqımızn sevimli aktyoru Siyavuş Aslan dünyasını dəyişib. Allahdan dahi sənətkara rəhmət diləyirəm!"

Aktyor Anar Heybətov: "Allah Siyavuş Aslana rəhmət eləsin!"

Bütün xəbərlər Facebook səhifəmizdə